Xəzər Xəbər

Bu il Azərbaycana 7 294 ədəd avtomobil idxal olunub

İqtisadiyyat | 15:55 • 20 İyun 2018
Bu il Azərbaycana 7 294 ədəd avtomobil idxal olunub

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 7 294 ədəd avtomobil idxal olunub.


Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 637 ədəd və ya 2,97 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xəbər lenti