Xəzər Xəbər

“Rosneft” rəhbəri: “Dünya bazarı yaxın vaxtlarda yeni qiymət rekordunun şahidi ola bilər”

İqtisadiyyat | 13:51 • 25 May 2018
“Rosneft” rəhbəri: “Dünya bazarı yaxın vaxtlarda yeni qiymət rekordunun şahidi ola bilər”

"Dünya neft bazarı yaxın vaxtlarda yeni qiymət rekordunun şahidi ola bilər”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu "Rosneft”in prezidenti İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirilən paneldə çıxışında bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bazarda neftin qiyməti yeni rekord vuracaq: "Bu OPEK+ neft hasilatının azaldılması haqqında qərarı ilə bağlı deyil, birtərəfli sanksiya siyasəti ilə bağlıdır. Sanksiya və ultimatum siyasətinin neft-qaz bazarına tətbiqi qiymətə öz təsirini göstərir. İstisna etmirəm ki, bir müddət sonra, ən yaxın perspektivdə biz neftin yeni rekord qiymətini görəcəyik. Birtərəfli sanksiya siyasətinin həyata keçirilməsi nəticəsində qiymətlərin yeni səviyyəsinə görə yekunda həm amerikalı, həm də avropalı istehlakçılar ödəməli olacaqlar”.

"Rosneft”in rəhbərinin fikrincə, sanksiyalar dünya neft sənayesinin işində gözlənilməzliyə səbəb olur: "Neft ixracatçıları ölkələrinin əməkdaşlığının yeni mərhələyə keçidi artıq yetişib”.

Xəbər lenti