Xəzər Xəbər

Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı - FOTO

İqtisadiyyat | 10:03 • 20 Aprel 2018
Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı -

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.


Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024