Xəzər Xəbər

Neft Fondunun investisiya portfelinin 48,8 faizini dollar, 34,4 faizini isə avro təşkil edir

İqtisadiyyat | 11:54 • 19 Aprel 2018
Neft Fondunun investisiya portfelinin 48,8 faizini dollar, 34,4 faizini isə avro təşkil edir

Bu il martın 31-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 18 milyard 356,7 milyon ABŞ dolları (48,8 faiz), 10 milyard 508,7 milyon avro (34,4 faiz), 1 milyard 323,7 milyon funt-sterlinq (4,9 faiz), 318 milyon Avstraliya dolları (0,7 faiz), 1 milyard 464,3 milyon Türkiyə lirəsi (1 faiz), 23 milyard 160,9 milyon Rusiya rublu (1,1 faiz), 499 milyard 350 milyon Koreya vonu (1,2 faiz), 3 milyard 269 milyon Çin yuanı (1,4 faiz), 65 milyard 851,7 milyon Yaponiya yeni (1,6 faiz), 561,5 milyon digər valyutalar (1,5 faiz), 1 milyard 285,9 milyon (3,4 faiz) isə qızıl (970,146 troya unsiya - 30,17 ton) təşkil edir.


AZƏRTAC xəbər verir ki, bu barədə fondun 2018-ci ilin birinci rübünün investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir.

Xəbər lenti

Çox oxunanlar