Xəzər Xəbər

İlk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq

İqtisadiyyat | 10:41 • 24 Fevral 2018
İlk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq

Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq.


AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.


O bildirib ki, Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəllərində başa çatacaq. Bakı-Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrə qədər olan məsafəni əhatə edən yolun tikintisinə artıq başlanılıb. Gələcəkdə bu yol Azərbaycanda ilk ödənişli yol olacaq.

Xəbər lenti