Xəzər Xəbər

Bəzi yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq

İqtisadiyyat | 13:18 • 11 Dekabr 2017
Bəzi yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq

Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq.


Bununla bağlı "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir.

Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına "bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir.

Buna uyğun olaraq "Avtomobil yolları haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (APA)

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024