Xəzər Xəbər

Əməkhaqqı 15.000 manatadək olarsa, nağd qaydada ödənilə bilər

İqtisadiyyat | 16:35 • 29 Sentyabr 2017
Əməkhaqqı 15.000 manatadək olarsa, nağd qaydada ödənilə bilər

İaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş vergiödəyicisinin illik dövriyyəsi 100.000 manata qədər olduğu halda, əmək müqaviləsi bağladığı işçilərə əməkhaqlarını nağd yoxsa nağdsız qaydada ödəməlidir?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə görə, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir.

Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan iaşə sahəsində fəaliyyət göstərən vergiödəyicisi tərəfindən əməkhaqları təqvim ayı ərzində 15.000 manatadək hədd daxilində nağd qaydada ödənilə bilər.

Xəbər lenti