Xəzər Xəbər

Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq

İqtisadiyyat | 15:20 • 29 Sentyabr 2017
Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq

2018-ci ildə Rusiya federal büdcəsinin gəlirləri 15,26 trln. rubl (təxminən, 263,8 mlrd. ABŞ dolları), xərcləri isə 16,53 trnl. rubl (285,7 mlrd. dollar) təşkil edəcək.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Rəqəmlərə əsasən, gələn il büdcənin kəsiri 1,27 trln. rubl və yaxud, təxminən, 22 mlrd. dollar olacaq. Bundan əvvəl kəsirin 1,33 trln. rubl və yaxud, təxminən, 23 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılırdı.

2019-2020-ci illərdə isə bu rəqəmin müvafiq olaraq 819,1 mlrd. rubl (təxminən 14,2 mlrd. dollar) və 869,9 mlrd. rubl (təxminən, 15 mlrd. dollar) olacağı gözlənilir.

Xəbər lenti

Çox oxunanlar