Xəzər Xəbər

İcbari avtomobil sığortasında dəyişikliklər gözlənilir

İqtisadiyyat | 14:35 • 22 Avqust 2017
İcbari avtomobil sığortasında dəyişikliklər gözlənilir

Maliyyə Bazarlarına Nəzarət Palatası icbari avtomobil sığortasında endirimlərin qarşısını almaq üçün qanunda dəyişiklikləri müzakirə edir.

Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a sığorta bazarındakı mənbədən bildirilib. Məlumata görə, indiyə qədər tətbiq edilən inzibati sanksiyalar sığorta şirkətlərinin avtomobillərin icbari sığortası üzrə endirimlərin qarşısının alınmasında effektivliyi olmayıb. Palata endirimlərin qarşısını almaq üçün indi daha çox iqtisadi metodlardan istifadə edəcək.

Bununla bağlı "İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə edilir. Əsas təkliflərdən biri icbari avtomobil sığorta üzrə nağd şəkildə ödənişlərinin birbaşa təmirlə əvəzlənməsi ilə bağlıdır.

Yenilik qanunsuz endirimləri aradan qaldıracaq

Qanunla qadağan olunsa da, indiyə qədər sığorta şirkətləri öz marjaları daxil olmaqla müştəriyə 30%-ə qədər endirim edə bilirdilər. Yeniliyə əsasən müştərilərə verilən nağd sığorta ödənişlərin birbaşa təmirlə əvəzlənməsi ilə belə neqativ halların aradan qaldırılacaq. Məsələ burasındadır ki, sığorta şirkətləri müştərilərə verilən nağd sığorta ödənişlərini göstəriləndən az ödəyirdilər. Xərclərini bu şəkildə azaltmaq sığorta şirkətinə imkan verirdi ki, müştəriyə daha çox endirim edə bilsin. Ona görə də bazarda avtomobillərin icbari sığortası üzrə 30%, hətta 40%-ə çatan endirimlərə rast gəlinirdi. Nağd ödənişin birbaşa təmirlə əvəzlənməsi isə sığorta şirkətlərinin icbari avtosığorta üzrə ödəniş xərclərini artıracaq. Zərərliliyin artması ilə sığorta şirkətləri müştəriyə yüksək endirim verə bilməyəcək.

Avtomobil sahibləri narazı qalmayacaq

Sığorta ödənişlərinin birbaşa təmirlə əvəzlənməsinin müştərilər arasında narazılıq yarada biləcəyinə gəlincə, bildirilir ki, bunun üçün təmirin kefiyyəti artırılacaq. Belə ki, vahid qiymətləndirmə sisteminin fəaliyyəti genişləndiriləcək. Söhbət sığorta şirkətlərinin artıq əməkdaşlığa başladığı "Audatex Azerbaijan” şirkətindən gedir. Bundan əlavə, sığorta şirkətlərinin əməkdaşlıq edəcəyi servislərin kefiyyət reytinqi müəyyən ediləcək. Sığorta şirkəti bir avtomobilin təmiri üzrə servislərə təklif verəcək. Ən uyğun və kefiyyətli təmir təklif edən servisdə avtomobilin təmiri təşkil ediləcək.

Qeyd edək ki, "İcbari sığortalar haqqında” qanuna əsasən avtomobillərin icbari sığortasında ödənişlər həm nağd pul vəsaiti şəklində, həm də təmir vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024