Xəzər Xəbər

OPEC investorları məyus etdi - Analitik

İqtisadiyyat | 17:35 • 26 May 2017
OPEC investorları məyus etdi -

Neft İxrac edən Ölkələr Təşkilatına üzv (OPEC) və bəzi qeyri-OPEC ölkələri hasilatın azaldılmasına dair sazişin müddətini daha doqquz ay uzatmaqla bazarın gözləntilərini təmin etmədi və investorları məyus etdi.


AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi ABŞ-da yerləşən broker şirkəti "Price Futures Group”un analitiki Pil Flayn bu fikirdədir.


"OPEC-in hasilat səviyyəsini azaltmağa davam etmək barədə qərarına baxmayaraq dünən neftin qiymətinin 5 faiz ucuzlaşması investorlar və qlobal bazar üçün gözlənilməz oldu. İnvestorlar OPEC-in iclasını həftələrdir gözləyirdi. Lakin nəticə bazarın proqnozuna uyğun gəlmədi. OPEC gözlənildiyi kimi, xam neft hasilatının səviyyəsinin azaldılması üzrə sazişin müddətini daha 9 ay uzatmaq barədə qərar qəbul etdi. İnvestorlar üçün əsas problem isə Səudiyyə Ərəbistanı və Rusiyanın qeyri-müəyyən bəyanatları olub. Belə ki, Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən keçən həftə neftin hasilat səviyyəsinin azaldılmasına dair sazişin müddətinin 9 ay yox, 12 ay uzatmaq barədə fikirlər səsləndirildi. Səudiyyə Ərəbistanı və Rusiyanın neft nazirlərinin bu bəyanatları ilə əlaqədar investorlar iclasdan daha çox şey umurdular. Lakin neft hasilatının azaldılması üzrə kvotanın artırılmaması və sazişin müddətinin 9 aydan uzun müddətə uzadılmaması sərmayəçiləri məyus etdi. Bu da qiymətdə kəskin azalmaya səbəb oldu. OPEC çox şey vəd edib az şey etməkdənsə, az şey vəd edib bunun üzərində daha çox fəaliyyət göstərməlidir”, - deyə o qeyd edib.


Pil Flaynın fikrincə, neft hasilatının azaldılması sazişinin müddətinin uzadılması ilə əlaqədar Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC-ə üzv ölkələrin və qeyri-OPEC ölkəsi olan Rusiyanın qlobal neft bazarındakı payı azalacaq. Lakin neftin qiymətinin artması bunu kompensasiya edəcək və sözügedən ölkələrin gəlirləri artacaq.


Xatırladaq ki, mayın 25-də Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-OPEC ölkələr neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılmasına qərar veriblər.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024