Xəzər Xəbər

Günün transfer xəbərləri: "Real" istəmədi, nəhənglər elçi düşdü

İdman | 15:24 • 30 Sentyabr 2022
Günün transfer xəbərləri: "Real" istəmədi, nəhənglər elçi düşdü

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato" nəşri: "Barselona", "Liverpul" və "Tottenhem" "Real Madrid"in yarımmüdafiəçisi Marko Asensio uğrunda mübarizə aparır. "Arsenal" və "Nyukasl"da İspaniyalı futbolçunu öz heyətində görmək istəyənlar arasındadır".

 

"Diario Sport" nəşri: "Barselona" yarımmüdafiəçi Serxio Buskets üçün əvəzedici tapıb. "Blauqrana" onun yerinə "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşi seçib".

AS nəşri: "Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos bu mövsümün sonunda karyerasını bitirə bilər. 32 yaşlı almaniyalı kral klubu ilə iyunda başa çatacaq müqavilənin uzadılmasını müzakirə etmək istəmir".

"Daily Mail" nəşri: "Vulverhemton"un yarımmüdafiəçisi Ruben Neveş "Barselona"ya keçəcək".

"El Larguero" nəşri: "PSJ Lionel Messi ilə müqavilə müddatini uzatmaq istəyir. Futbolçu isə klubu tərk etmək niyyətindədir".

"The Mirror" nəşri: "Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos bu mövsümün sonunda azad agent olaraq "Mançester Siti"yə keçəcək". 

Xəbər lenti