PSJ cari mövsümün sonu müqavilənin müddəti başa çatacaq Leo Messinin komandadan ayrılmasını istəmir.
"El Larguero" xəbər verir ki, Paris təmsilçisi sözləşmənin müddətini artırmaq istəyir. PSJ 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif etməyi planlaşdırır. İllik maaş isə 30 milyon avro nəzərdə tutulub.
Qeyd edək ki, Messi PSJ-yə 2021-ci ilin yayında keçib. Argentinalı ulduzun adı son günlərdə "Barselona" ilə hallanır./Offsideplus.az