Xəzər Xəbər

İngiltərə klubu gürcü baş məşqçisini qovdu

İdman | 15:57 • 30 Sentyabr 2022
İngiltərə klubu gürcü baş məşqçisini qovdu

Çempionşipdə mübarizə aparan "Hall Siti" klubu baş məşqçisi Şota Arveladzeni istefaya göndərib.

XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun sahibi Acun İlicalı 48 yaşlı mütəxəssislə danışıqlar aparıb. Gürcüstanlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Hall Siti" 10 turdan sonra 11 xalla turnir cədvəlində 20-ci yerdədir. Komanda son turda "Suansi"yə 0:3 hesabıyla məğlub olub.

Xəbər lenti