Xəzər Xəbər

Millətlər Liqası: Ukraynanın Şotlandiya sınağı

İdman | 10:33 • 21 Sentyabr 2022
Millətlər Liqası: Ukraynanın Şotlandiya sınağı

Bu gün UEFA Millətlər Liqasında bir oyun keçiriləcək.

XəzərXəbər xəbər verir ki, C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış görüş baş tutacaq.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

C Divizionu

I qrup

22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, "Hempden Park" stadionu

Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4 (4 oyuna), Ermənistan - 3 (4 oyuna)

Rubrikanın digər xəbərləri

Xəbər lenti