"Bayern Münhen"in pezidenti Herbert Hayner baş məşqçi Yulian Nagelsmanın istefaya göndərilməyəcəyini açıqlayıb.
Klub rəhbəri bunu yerli mətbuata deyib.
O, 35 yaşlı mütəxəssisə güvəndiklərini bildirib. Hayner milli komandaların matçları ilə bağlı yaranmış fasilədən sonra Münhen təmsilçisinin həmişəki oyununu sərgiləyəcəyini söyləyib.
"Bayern" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb./fanat.az