Xəzər Xəbər

UEFA-dan Rusiya ilə bağlı SƏRT QƏRAR

İdman | 22:28 • 20 Sentyabr 2022
UEFA-dan Rusiya ilə bağlı SƏRT QƏRAR

Futbol üzrə Rusiya yığma komandası 2024-cü il Avropa çempionatı seçmə mərhələsinin püşkatma mərasimində iştirak etməyəcək.

XəzərXəbər məlumat verir ki, bu barədə sentyabrın 20-də Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti məlumat yayıb.

Rusiya Donbasın mühafizəsi üzrə xüsusi əməliyyatına başladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoymağı tələb edib.

Məlum olduğu kimi, bu ilin fevral ayında UEFA və FİFA Rusiya klublarının və milli komandasının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Martın 7-də RFU bu qərardan apellyasiya şikayəti vermişdi. Rusiya Futbol İttifaqı rusiyalı futbolçuların yarışlardan kənarlaşdırılmasını qeyri-qanuni hesab edib və idman nüfuzuna xələl gətirən bu qərara etiraz etmək niyyətində olduğunu açıqlayıb.

İyulun 15-də RFU-nun, eləcə də Rusiyanın “CSKA”, “Zenit”, “ Soçi” və “Dinamo” klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı appellyasiya şikayətini rədd edilib.

Xatırladaq ki, oktyabrın 9-da Frankfurtda (Almaniya) 2024-cü il Avropa çempionatının seçmə mərhələsi üzrə püşkatma məsasimi keçiriləcək.

Xəbər lenti