Xəzər Xəbər

Ukraynalı istedadı 4 Avropa klubu istəyir - ADLAR

İdman | 18:10 • 20 Sentyabr 2022
Ukraynalı istedadı 4 Avropa klubu istəyir - ADLAR

Donetsk "Şaxtyor"unun vingeri Mixail Mudrik yaxın günlərdə iş yerini dəyişə bilər.

İnformasiyanı "CBS Sports Golazo" yayıb.

21 yaşlı oyunçunun xidmətində İspaniyanın "Sevilya", Almaniyanın "Bayer Leverkuzen", İngiltərənin "Nyukasl Yunayted" və Niderlandın "Ayaks" klubları maraqlıdır.

Cari mövsüm "Şaxtyor"un forması ilə 5 matça çıxan istedadlı gənc 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı Mudrikin transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir./fanat.az

Xəbər lenti