Xəzər Xəbər

Azərbaycana xaricdən pul köçürmələri 29% azalıb

İqtisadiyyat | 15:30 • 25 Oktyabr 2024
Azərbaycana xaricdən pul köçürmələri 29% azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manata bərabər olub.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.3% və ya 551.9 milyon manat, banklardan xaricə köçürmələr isə 15.4% və ya 71.5 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 884.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 464.9 milyon manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar