Xəzər Xəbər

“TikTok” yüzlərlə iş yerini ixtisar edir

Texnologiya | 14:39 • 12 Oktyabr 2024
“TikTok” yüzlərlə iş yerini ixtisar edir

“TikTok” diqqətini məzmunun moderasiyası üçün süni intellektin daha çox istifadəsinə yönəltməsi səbəbindən Malayziyadakı çoxlu sayda işçi qüvvəsi də daxil olmaqla, qlobal kadr bazasından yüzlərlə əməkdaşını ixtisar edir.

Xezerxeber.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, vəziyyətlə tanış olan iki mənbə daha əvvəl agentliyə Malayziyada 700-dən çox iş yerinin ixtisar edildiyini bildirib. Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” daha sonra bu strategiyanın həmin ölkədə 500-dən az işçiyə təsir etdiyini açıqlayıb.

Əksəriyyəti məzmun moderatoru kimi çalışan işçilərə ixtisarlar barədə e-poçt vasitəsilə məlumat göndərilib. Bunu mediaya danışmaq səlahiyyəti olmadığı üçün anonimlik tələb edən mənbələr bildiriblər.

“TikTok” moderatorun fəaliyyətini yaxşılaşdırmaq üçün daha geniş planın bir hissəsi olaraq dünya miqyasında bir neçə yüz iş yerini ixtisar etməyi nəzərdə tutduğunu bildirib.

Noyabr ayında burada yeni ixtisar dalğası planlaşdırılır. “TikTok” ümid edir ki, bu, platformanın regional bölmələrinin konsolidasiyasına imkan verəcək.

Xəbər lenti