Xəzər Xəbər

"Trabzonspor" "Levante"nin ulduzunu transfer etdi

İdman | 16:10 • 12 Avqust 2022
"Trabzonspor" "Levante"nin ulduzunu transfer etdi

"Trabzonspor" yeni transfer reallaşdırıb.

Trabzonlular Şimali Makedoniyadan olan Enis Bardhinin keçidini rəsmiləşdirib. 

Klubun rəsmi saytı ulduz oyuncunun anlaşmasının detallarını açıqlayıb: "Levante" klubu ilə Enis Bardhinin klubumuza transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, qarşı tərəfə 3 milyon avro ödənəcək. Bu məbləğ 3 il ərzində hissə-hissə ödəniləcək".

Qeyd edək ki, "Trabzonspor"un baş məşqçisi Abdullah Avcının təkidi ilə transfer edilən şimali makedoniyalı hücumameylli yarımmüdafiəçi 2017-ci ildə Macarıstanın "Uypeşt" klubundan 1,5 milyon avroya "Levante"yə keçib. İspaniyada ardıcıl 5 mövsüm çıxış edən Enisin qiyməti 2020-ci ildə 20 milyon avroya qədər yüksəlmişdi. /Fanat.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar