Xəzər Xəbər

AFFA "Kəpəz"lə "Turan Tovuz"u cərimələdi

İdman | 17:13 • 12 Avqust 2022
AFFA "Kəpəz"lə "Turan Tovuz"u cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının 1-ci turunun “Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Zirə” klubunun futbolçusu Dmitrios Çantakias rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

1-ci turun “Qarabağ” – “Səbail” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

​1-ci turun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun futbolçusu Piruzi Marakvelidze ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

 

Xəbər lenti