Xəzər Xəbər

Belçikalı ulduz yenidən Türkiyəyə qayıdır - İstanbulun digər nəhənginə

İdman | 15:35 • 12 Avqust 2022
Belçikalı ulduz yenidən Türkiyəyə qayıdır - İstanbulun digər nəhənginə

"Çelsi"nin və Belçika millisinin hücumçusu Mişi Batşuayi karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır. 

Belçikalı forvard "Fənərbağça" ilə anlaşıb.

Bu iddia ilə "Fanatik" çıxış edib.

Mənbənin məlumatına görə, müqaviləsinin son ili olmasına baxmayaraq, London klubu Batşuayini qarşılıqsız icarəyə verməyə hazırdır. Razılaşma əldə olunarsa, "Fənərbağça" 28 yaşlı hücumçunun 4 milyon avroluq maaşının 3 milyonunu ödəyəcək.

Qeyd edək ki, Batşuayi son mövsümü icarə əsasında "Beşiktaş"da keçirib və Super Liqada meydana çıxdığı 33 oyunda 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb./Fanat.Az

Xəbər lenti