Xəzər Xəbər

"Qalatasaray"dan transfer "bombası" - Dünya ulduzunu İstanbula gətirir

İdman | 15:58 • 3 Avqust 2022
"Qalatasaray"dan transfer "bombası" - Dünya ulduzunu İstanbula gətirir

“Qalatasaray” klubu Belçika millisinin ulduz futbolçusu Dris Mertensi transfer etməyə yaxındır.

Bu barədə “Sporx” qəzeti məlumat yayıb.

Bildirilir ki, Mertensin “Napoli” ilə müqaviləsi başa çatıb. O, azad agentdir. Məlumata görə, futbolçunu almaq üçün rəqabət var. “Yuventus” klubu da futbolçuya təklif göndərib. Mertens “Yuventus”da əsas heyətə düşə bilməyəcəyini güman etdiyinə görə, “Yuventus”a keçməyə ehtiyatla yanaşır. 35 yaşlı futbolçu “Qalatasaray”ın təklifini rədd etməyib./Metbuat.az 

Xəbər lenti