Xəzər Xəbər

İstanbul nəhəngi İtaliya millisinin qapıçısını gətirir - SON DURUM

İdman | 13:53 • 3 Avqust 2022
İstanbul nəhəngi İtaliya millisinin qapıçısını gətirir - SON DURUM

"Fənərbağça" yeni qapıçı transfer etməyə yaxındır.

Bu barədə VOLE məlumat yayıb.

 

Xəbərə görə, İstanbul klubu PSJ-nin sabiq qapıçısı Salvatore Siriquya rəsmi təklif göndərib.

Mənbə qolkiperin təklif üzərində düşündüyünü bildirib.

Siriqu son mövsümdə "Cenoa" forması ilə ümumilikdə 37 matça çıxıb. Bu qarşılaşmalarda 59 top buraxan "çərçivə" qoruyucusu 10 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb. Salvatorenin komandası mövsümün yekunlarına əsasən, A Seriyasını tərk edib. 

Sözügedən əlcək sahibi AVRO-2020-də İtaliya millisinin ikinci qapıçısı olub. Canluici Donnarummanın əvəzləyicisi qismində qitə birinciliyinə qatılan Siriqu koronavirus pandemiyası səbəbindən 2021-ci ildə keçirilən AÇ-nin qalibi adını qazanıb.

Salvatore daha öncə PSJ, "Sevilya", "Torino" kimi klublarda da çıxış edib./fanat.az

Xəbər lenti