Xəzər Xəbər

Günün transfer xəbərləri: "İnter" çilili ulduzla razılığa gəldi

İdman | 13:27 • 2 Avqust 2022
Günün transfer xəbərləri: "İnter" çilili ulduzla razılığa gəldi

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

AS nəşri: "Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi Riki Puç "Los Anceles Qalaksi"yə keçmək üçün MLS klubu ilə şifahi razılığa gəlib". 

 

"Tuttosport" nəşri: "Yuventus" "Sassuolo"nun futbolçusu Cakomo Raspadorini heyətinə cəlb etmək istəyir. Raspadori hazırda "Napoli" ilə danışıq aparır".

"Sky İtalia" saytı: "Milan" Şarl de Ketelareni "Brügge"dən bonuslar da daxil olmaqla, 36 milyon avroya transfer etməyə razılaşıb".

Canluka Di Martsiodan xəbərlər:

"İnter" Aleksis Sançesin müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyir. Tərəflər artıq bu yöndə razılığa gəlib".

"Milan" uzun sürən durğunluqdan sonra Renatu Sanşeşin transferi üzərində yenidən çalışmalara başlayıb".

"Layptsiq" Timo Verner üçün "Çelsi"yə rəsmi təklif göndərməyə hazırdır". 

Santi Aunadan (Foot Mercato):

"Nitsa" "Lester"lə 1 milyon avroya Kasper Şmeyxelin transferini razılaşdırıb. Qapıçının agenti 3 illik müqavilə tələb edir. Fransa təmsilçisi "Zenit"in yarımmüdafiəçisi Uilmar Barriosu da rənglərinə bağlamaq niyyətindədir.

Baş tutmuş transfer xəbərləri:

26 yaşlı avstriyalı oyunçu Valentino Lazaro "İnter"dən "Torino"ya keçib. Futbolçu 2022/23 mövsümünün sonuna qədər icarəyə verilib.

31 yaşlı uelsli yarımmüdafiəçi Aaron Remzi azad agent olaraq "Nitsa"ya keçib.

24 yaşlı müdafiəçi Cozef Rodon “Tottenhem”dən “Renn”ə keçib. Futbolçu 2022/23 mövsümünün sonuna qədər icarəyə verilib.

30 yaşlı uruqvaylı yarımmüdafiəçi Matias Vesino azad agent qismində "Latsio"ya keçib. Müqavilənin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub./fanat.az

Xəbər lenti