Xəzər Xəbər

İstanbul klubundan ukraynalılara rekord təklif MƏBLƏĞ

İdman | 15:30 • 30 İyun 2022
İstanbul klubundan ukraynalılara rekord təklif

"Fənərbağça" ukraynalı hücumçu Artyom Dovbikin transferi ilə bağlı "Dnepr-1"ə rəsmi təklif göndərib. 

Bu barədə "Ajanspor" məlumat yayıb.

Söhbət Türkiyə klubunun 1 milyon avro ödəməyə hazır olduğu bir illik icarədən gedir.

Xəbərə görə, futbolçu özü İstanbul təmsilçisində çıxış etməyə isti yanaşır.

2021/2022 mövsümündə Dovbik bütün yarışlarda "Dnepr-1"-in heyətində 18 matçda 14 qol vurub, 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 25 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro ilə qiymətləndirilir. Onun Ukrayna klubu ilə 2024-cü ilin sonuna kimi nəzərdə tutulan müqaviləsi var./Fanat.Az

Xəbər lenti