Xəzər Xəbər

"Yuventus"un baş direktoru Poqbanın transferindən nə danışdı?

İdman | 14:33 • 30 İyun 2022
"Yuventus"un baş direktoru Poqbanın transferindən nə danışdı?

"Yuventus"un baş direktoru Mauritsio Arrivabene "Mançester Yunayted"dən azad agent qismində ayrılan Pol Poqbanın heyətə qatılması yönündə çalışmaları davam etdirdiklərini bildirib.

Arrivabenenin söylədiklərini "Tuttosport" belə çatdırıb:

"Danışıqlar davam etdirilir. Qeyd edim ki, artıq ciddi irəliləyişlər var. Poqba ilə əməkdaşlıq "Yuventus" üçün önəmli məsələdir. Onun gəlişi kommersiya baxımından da əhəmiyyətlidir".

Daha öncə Fransa millisinin üzvünün Turin klubu ilə müqavilə şərtlərini razılaşdırdığı və Polun 8 iyul tarixində tibbi müayinədən keçəcəyi barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, Poqba 2012-2016-cı illər aralığında "Yuventus"da çıxış edib./fanat.az

Xəbər lenti