Xəzər Xəbər

"Ayaks" 33 milyonluq təklif geri çevirdi

İdman | 15:50 • 21 İyun 2022
"Ayaks" 33 milyonluq təklif geri çevirdi

Dortmund "Borussiya"sı "Ayaks"ın hücumçusuna göz dikib.

XəzərXəbər xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Almaniya klubu Amsterdam təmsilçisinin forvardı Sebastyen Halle üçün qarşı tərəfə 33 milyon avroluq rəsmi təklif də göndərib. Lakin "Ayaks"ın idarəçiləri futbolçunu daha yüksək məbləğə satmaq istədiklərini bildiriblər. Hazırda tərəflər transfer qiyməti ilə bağlı ortaq məxrəcə gəlməyə çalışır.

Halle "Ayaks"a 2021-ci ilin yanvarında "Vest Hem"dən keçib. Niderlandlılar bu transferə görə İngiltərə klubuna 22,5 milyon avrö ödəyib. Fil Dişi Sahili millisinin də üzvü olan 27 yaşlı oyunçu indiki klubunda 65 matça çıxaraq 47 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Ayaks"la müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq./Fanat.Az 

Xəbər lenti