Xəzər Xəbər

Günün transfer xəbərləri: Ronaldo söz-söhbətlərə aydınlıq gətirdi

İdman | 15:43 • 21 İyun 2022
Günün transfer xəbərləri: Ronaldo söz-söhbətlərə aydınlıq gətirdi

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

Uels Futbol Assosiasiyasının rəsmi saytı: "Rayan Giqqz Uels milli komandasının baş məşqçi postunu tərk edib".

"Corriere dello Sport" nəşri: "Ronaldo “Yuventus”da üzləşdiyi müəyyən problemlərə görə karyerasını davam etdirmək üçün İtaliyanı seçmək istəmədiyini və digər oyunçuların cüzi gəlirlərini nəzərə alaraq “Roma” rəhbərliyinin təklifini geri çevirdiyini bildirib".

"İndependent" nəşri: “Arsenal” Rişarlison uğrunda mübarizəyə başçılıq edir. Londonlular Rahim Sterlinq və ya Qabriel Jezusu heyətinə qata bilməsə, "Everton"un braziliyalı hücumçusu əsas hədəfə çevriləcək".

Baş tutmuş transfer xəbərləri:

28 yaşlı niderlandlı hücumçu Vinsent Yanssen Meksikanın "Monterrey" klubundan Belçika "Antverpen"inə keçib.

25 yaşlı fransalı hücumçu Jan-Kevin Oqustyen azad agent qismində Fransanın "Nant" klubundan İsveçrə "Bazel"inə keçib. Futbolçu ilə klub arasında üç illik müqavilə imzalanıb./fanat.az

Xəbər lenti

Çox oxunanlar