Xəzər Xəbər

"Mançester Yunayted" braziliyalı hücumçu ilə razılaşdı

İdman | 17:58 • 21 İyun 2022
"Mançester Yunayted" braziliyalı hücumçu ilə razılaşdı

"Mançester Yunayted" heyətinə yeni futbolçu qatmağa yaxındır.

"Mirror" xəbər verir ki, İngiltərə nəhənginin nümayəndələri "Ayaks"ın cinah hücumçusu Antoninin transferini tamamlamaq üçün Amsterdama yollanıb.

Mənbə MY-nin yeni çalışdırıcısı Erik ten Haqın sevimli oyunçularından sayılan braziliyalı vingerin 46,5 milyon avro qarşılığında transfer ediləcəyini vurğulayıb.

22 yaşlı Antoni 2020-ci ildən Niderland klubundadır. O, son mövsümdə bütün turnirlər daxil olmaqla 33 matça çıxıb. Bu qarşılaşmalarda 12 qol vuran cənubi amerikalı 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Sambaçı"nın "Ayaks"la olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir./Fanat.Az 

Xəbər lenti