Xəzər Xəbər

Günün transfer xəbərləri: Marselo "Real" rəhbərliyindən narazıdır

İdman | 15:12 • 27 May 2022
Günün transfer xəbərləri: Marselo "Real" rəhbərliyindən narazıdır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport ES" saytı: "Mançester Yunayted" Frenki de Yonqdan gələcəyi ilə bağlı qərar verməkdə tələsməyi xahiş edib. Niderlandlı futbolçu “qırmızı şeytanlar”ın ən çox diqqət mərkəzində olan oyunçularından biridir.

 

"The Telegraph" nəşri: "Vest Hem" və "Everton" "Börnli"nin hücumçusu Maksvell Kornetiyə elçi düşüb. 25 yaşlı futbolçunun transfer qiyməti 17,5 milyon funt sterlinq təşkil edir.

PSJ-nin baş məşqçisi Maurisio Poçettino: "Heç nə dəyişməyib və mən 100% klubda qalacağam. Diqqətimi PSJ-yə yönəltmişəm. 2023-cü ilin iyununa qədər müqaviləm var və burada işləməyə davam etmək istəyirəm”.

"Marca" nəşri: "Real Madrid"in müdafiəçisi Marselo klubun onunla müqaviləni yeniləmək istəməməsindən narazıdır. Braziliyalı futbolçu komanda yoldaşı Lukas Vaskesdən də narazılıq edib".

"Le Parisien" nəşri: PSJ Usman Dembeleni heyətinə qatmaq fikrindən daşınıb. Klubun gələcək direktoru Kampuş futbolçunun işə münasibətindən və aldığı zədələrdən narazıdır. 

"Kicker" saytı: Sandro Şvarts "Herta" ilə müqavilə İmzalayıb. O, gələn həftə Berlin klubunun yeni baş məşqçisi kimi təqdim olunacaq".

"La Gazetta Dello Sport" nəşri: "Real Madrid" rəhbərliyi "Milan"ın hücumçusu Rafael Leau üçün 150 milyon avro ödəməyə hazırdır.

Tomas Müller Sadio Manenin "Bayern Münhen"ə keçə biləcəyi xəbərinə münasibət bildirib: “Əgər adı kluba keçiddə hallanan hər oyunçu bizə qoşulsaydı, hər il 45 nəfərdən ibarət heyətə sahib olardıq".

"Anverpen" klubunun rəsmi saytı: "Mark van Bommel "Antverpen" klubunun yeni baş məşqçisi təyin olunub".

"Vilyarreal" klubunun rəsmi saytı: Alfonso Pedraza "Vilyarreal" ilə müqaviləsinin müddətini 2025/26-cı illər mövsümünün sonuna qədər uzadıb. O, klubda 135 oyun keçirib, 10 qol vurub və 16 məhsuldar ötürmə edib.

Baş tutmuş transfer xəbərləri:

Andre Zambo-Anqissa (26 yaşlı yarımmüdafiəçi)

"Fulhem"dən (İngiltərə)  "Napoli" (İtaliya)
Transfer məbləği: 15 milyon avro.

Mattias Olivera (24 yaşlı müdafiəçi)

"Xetafe"dən (İspaniya)  "Napoli"yə (İtaliya)
Transfer məbləği:15 milyon avro (bonuslar daxil).

Brenden Aronson (21 yaşlı amerikalı oyunçu)

"Zaltsburq"dan (Avstriya)  "Lids Yunayted"ə (İngiltərə)
Transfer məbləği: 28 milyon funt sterlinq. 

Dieqo Karlos (29 yaşlı müdafiəçi)

"Sevilya"dan (İspaniya)  "Aston Villa"ya (İngiltərə)
Transfer məbləği: 31 milyon avro.

Xəbər lenti