Xəzər Xəbər

Salah “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi

İdman | 15:38 • 27 May 2022
Salah “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
"Liverpul"un hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı sualları cavablandırıb.
 
XəzərXəbər apasport.az saytınıa istinadən xəbər verir ki,ulduz futbolçu "qırmızılar"dan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Misir millisinin üzvü Premyer Liqa klubundan ayrılmaq fikrində olmadığını söyləyib. O, yeni müqaviləyə hazır olduğunu, rəhbərlikdən buna uyğun təklif gözlədiyini vurğulayıb.
 
Qeyd edək ki, Premyer Liqada 23 qolla mövsümün bombardiri olan Məhəmməd Salahın "Liverpul"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Xəbər lenti