Xəzər Xəbər

"Bayern" Levandovskiyə əvəzləyici tapdı - Danışıqlar başladı

İdman | 15:07 • 17 May 2022
"Bayern" Levandovskiyə əvəzləyici tapdı - Danışıqlar başladı

"Everton"un hücumçusu Rişarlison de Andrade karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

İnformasiyanı "Bayern & Germany" yayıb.

Ön xətt oyunçusuna "Bayern Münhen"in elçi düşdüyü bildirilib. Münhen təmsilçisinin Rişarlisonu bu yay komandadan ayrılacağı gözlənilən Robert Levandovskinin əvəzinə transfer etməyi planlaşdırdığı açıqlanıb. Tərəflərin danışıqlara start verdiyi vurğulanıb.

Braziliyalı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 29 matça çıxıb. Cənubi amerikalı forvard bu görüşlərdə 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Rişarlisonun klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir./fanat.az

Xəbər lenti