Xəzər Xəbər

Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

İdman | 08:57 • 18 May 2022
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Xezerxeber.az xəbər verir ki, final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Xəbər lenti