Xəzər Xəbər

İlkay Gündoğan "Mançester Siti"dən ayrılır - SƏBƏB

İdman | 13:10 • 17 May 2022
İlkay Gündoğan "Mançester Siti"dən ayrılır -

"Mançester Siti" Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğanla vidalaşmağa hazırlaşır.

İnformasiyanı "Daily Mail" yayıb.

Mənbə yarımmüdafiəçinin cari mövsümün sonunda başqa komadalarla danışıqlar aparmasına icazə verildiyini açıqlayıb.

Xəbərə görə, əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba keçməkdə maraqlıdır.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən İlkay Gündoğanın Premyer Liqa təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var./fanat.az

Xəbər lenti