Xəzər Xəbər

Günün transfer xəbərləri: Mourinyu "Nyukasl"a gedəcək?

İdman | 14:24 • 17 May 2022
Günün transfer xəbərləri: Mourinyu "Nyukasl"a gedəcək?

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Yuventus"un baş direktoru Mauritsio Arrivabene "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın Turin klubuna potensial keçidi ilə bağlı sualı cavablandırıb: “Pol Poqba “Mançester Yunayted”in oyunçusudur, ona və klubuna hörmət edirəm. O, "Yuventus"da oynayıb. Ona görə də biz Poqbanı heyətimizdə görməyə hər zaman şad olarıq".

"Calciomercato" nəşri: Londonun "Arsenal" klubu "Bolonya"nın şotlandiyalı müdafiəçisi Aaron Hiki ilə müqavilə imzalamağa yaxındır.

"Braqa" klubu Karlos Karvalyalın komandanın baş məşqçisi postundan getdiyini açıqlayıb. 56 yaşlı mütəxəssisə yeni müqavilə təklif edilsə də, məşqçi karyerasını başqa klubda davam etdirmək qərarına gəlib. 

"L'Equipe" nəşri: "Barselona"nın hücumçusu Usman Dembele "Bayern Münhen"in hədəfindədir" 

"Marca" nəşri: "Nyukasl"ın bossları "Roma"nın baş məşqçisi Joze Mourinyunu baş məşqçi kimi görmək istəyirlər. “Sağsağanlar”ın yeni sahibləri 59 yaşlı portuqaliyalı mütəxəssisi kluba rəhbərlik etməyə razı salmağa çalışacaqlar. Bu baş verərsə, klub Eddi Haunu istefaya göndərəcək./fanat.az

Xəbər lenti