Xəzər Xəbər

Qaret Beyl "Real Madrid"dən gedir - Agenti açıqladı

İdman | 10:47 • 17 May 2022
Qaret Beyl "Real Madrid"dən gedir - Agenti açıqladı

Qaret Beyl klubu "Real Madrid"i tərk edə bilər. 

Bu barədə uelsli yarımmüdafiəçinin agenti Conatan Barnett məlumat yayıb. 

"Record"da danışan menecer bildirib: "Qaret "Real"dan gedir. Uels millisi ilə bağlı qərar isə komandanın DÇ-2022-yə gedib-getməməsindən asılıdır. İngiltərəyə qayıda bilər. Amma əvvəlcə gözləyək görək Uels yığması dünya çempionatına vəsiqə qazanacaqmı". 

Qeyd edək ki, 32 yaşlı futbolçu 2006-ci ildən isə millinin, 2013-cü ildən isə "Real Madrid"in şərəfini qoruyur. 

Xəbər lenti