Xəzər Xəbər

25 yaşlı hücumçu "Qalatasaray"ı tərk edir

İdman | 15:47 • 9 May 2022
25 yaşlı hücumçu "Qalatasaray"ı tərk edir

Misir millisinin futbolçusu Mustafa Məhəmməd cari mövsümün sonunda Türkiyə "Qalatasaray"ından ayrılacaq.

25 yaşlı hücumçu karyerasını Fransada davam etdirmək istəyir.

Bu ölkənin bir neçə iddialı klubundan təklif alan forvard Türkiyədə qalmaq niyyətində deyil. "Cim-Bom" isə futbolçusunu ən azı 10 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray"a 2020-ci ilin yanvarında ölkəsinin "Zamalek" klubundan keçib./Report

Xəbər lenti