Xəzər Xəbər

"Zidan PSJ-ni çalışdıracaq" - AÇIQLAMA

İdman | 18:40 • 9 May 2022
"Zidan PSJ-ni çalışdıracaq" - AÇIQLAMA

Fransa Futbol Federasiyasının prezidenti Noel le Qre PSJ-nin baş məşqçisi Maurisio Poçettinonu  postundan göndərəcəyi ilə bağlı ehtimalları yenidən gücləndirib.   

Qurumun rəhbəri "L'Equipe" nəşrinə müsahibəsində Fransa millisini çalışdırmağa mümkün namizədlərlə bağlı danışarkən buna eyham vurub: 

"Zinəddin Zidan? Zidan Madriddə çətin təsəvvür edilən keyfiyyətlərə malik olduğunu göstərdi. Düzdür, fransızların əksəriyyətinin fikrincə, o, Didye Deşamın davamçısı ola bilər. Amma mən indidən nəsə demək istəmirəm, baxacağıq. Bilmək olmaz, bəlkə Zidan PSJ-yə keçəcək. Millini çalışdıracaq məşqçi gərək azad olsun. Mümkün olan hər şeyi edəcəyik". /fanat.az

Xəbər lenti