Xəzər Xəbər

"Nyukasl" Azar üçün təklif göndərdi

İdman | 15:50 • 18 Yanvar 2022
"Nyukasl" Azar üçün təklif göndərdi

"Nyukasl" "Real Madrid"in yarımmüdafiəçisi Eden Azar üçün rəsmi təklif göndərib.

Bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.

"Sağsağanlar" belçikalı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd olunur ki, “Real Madrid” təklifi qəbul edib, lakin Azar özü buna qarşı çıxıb. Belçikalı İngiltərə Premyer Liqasında autsayder olan klubda oynamaq istəmir.

Xatırladaq ki, daha əvvəl Azarın "Çelsi"yə qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı./Fanat.Az 

Xəbər lenti