Xəzər Xəbər

Dibala "Yuventus"u bu kluba dəyişir

İdman | 14:37 • 18 Yanvar 2022
Dibala "Yuventus"u bu kluba dəyişir

Paulo Dibala mövsümün sonu "Yuventus"dan ayrılmağa hazırlaşır.

"La Gazetta dello Sport" xəbər verir ki, 28 yaşlı argentinalı futbolçu Turin klubuyla olan müqaviləsini artırmayacaq. Adıçəkilən oyunçunun "İnter"ə keçə biləcəyi ehtimal olunur.

Onun klubuyla hazırkı sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, Dibala 2015-ci ildən "qoca sinyora"nın şərəfini qoruyur. O, bu mövsüm 21 matçda 10 qol və 4 məhsuldar ötürmə edib. / Offsideplus.az 

Xəbər lenti