Xəzər Xəbər

"Mbappe "Real Madrid"də oynayacaq" - Pedrerol iddialı danışdı

İdman | 18:25 • 19 Yanvar 2022
"Mbappe "Real Madrid"də oynayacaq" - Pedrerol iddialı danışdı

PSJ-nin hücumçusu Kilian Mbappe gələn mövsüm "Real Madrid"də oynayacaq.

Bu barədə "El Chirinquito" nəşrinin jurnalisti Xosep Pedrerol məlumat verib.

İddialı danışan 56 yaşlı idman jurnalisti qeyd edib ki, bu transfer baş tutmasa, iş yerini tərk edəcək:

"Mbappe gələn mövsüm dəqiq "Real Madrid"də oynayacaq. Sizə zəmanət verirəm. Bu keçid baş tutmasa, iş yerimi tərk edəcəyəm".

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti gələn yay başa çatır./Fanat.Az

Xəbər lenti