Xəzər Xəbər

Eriksen İngiltərə Premyer Liqasından təklif aldı

İdman | 11:10 • 18 Yanvar 2022
Eriksen İngiltərə Premyer Liqasından təklif aldı

İtaliya “İnter”inin danimarkalı sabiq yarımmüdafiəçisi Kristian Eriksen İngiltərə Premyer Liqasında çıxış edən “Brentford” klubundan təklif alıb.

Belə ki, “Brentford” 30 yaşlı yarımmüdafiəçiyə mövsümün sonunadək müqavilə təklif edib.

Hələlik futbolçunun bu təklifə hansı cavab verdiyi məlum deyil.

Qeyd edək ki, Kristian Eriksen 2013-2020-ci illərdə “Tottenhem”in heyətində İngiltərə Premyer Liqasında çıxış edib.

Xatırladaq ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb.

Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Mənbə: The Athletic

Xəbər lenti