Xəzər Xəbər

Luiş Nani A Seriyasına geri döndü

İdman | 11:58 • 15 Yanvar 2022
Luiş Nani A Seriyasına geri döndü

Portuqaliyalı futbolçu Luiş Naninin yeni klubu bəlli olub. 

35 yaşlı vinger karyerasını “Venetsiya”da davam etdirəcək. 

Məlumatı İtaliya klubunun rəsmi saytı yayıb. 

Nani ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu ABŞ “Orlando Siti"si olub. 

Xatırladaq ki, Luiş Nani əvvəllər də İtaliya A Seriyasında oynayıb. O, 2017-2018-ci illər mövsümündə "Latsio"da forma geyinib. /Fanat.Az 

Xəbər lenti