Xəzər Xəbər

"Qalatasaray"ın yeni baş məşqçisinin əsas transfer hədəfi

İdman | 09:25 • 15 Yanvar 2022
"Qalatasaray"ın yeni baş məşqçisinin əsas transfer hədəfi

"Qalatasaray" klubunun yeni baş məşqçisi Domenek Torrent transfer siyahısını rəhbərliyə təqdim edib.

59 yaşlı mütəxəssis ilk növbədə "cim-bom"a qapıçı gətirməyi planlaşdırır. Musleranın zədəsinin davam etdiyi müddətdə Torrentin əsas hədəfi PSJ-nin qapıçısı Serxio Rikodur. 2020-ci ildə "Sevilya"dan 5 milyon avroya Paris təmsilçisinə transfer edilən Riko bu mövsüm cəmi 1 oyunda çərçivəni qoruyub.

İspaniyalı çalışdırıcının digər istəyi isə yarımmüdafiə xəttini gücləndirməkdir. Türkiyə mediasında yayılan məlumatlara görə, Torrent bu mövqeyə də oyunçu tapıb. Həmin futbolçunun İspaniya klublarından birində çıxış etdiyi bildirilir.

Qeyd edək ki, Domenek Torrent bu yaxınlarda "Qalatasaray"la yolları ayrılan Fatih Terimi əvəzləyib./ Offsideplus.az 

Xəbər lenti