Xəzər Xəbər

PSJ Zidanla danışıqlara başladı

İdman | 15:35 • 26 Noyabr 2021
PSJ Zidanla danışıqlara başladı

PSJ nümayəndələri Madrid “Real”ının keçmiş məşqçisi Zinəddin Zidanla görüş keçiriblər.

Görüş zamanı Z.Zidanın klubun sükanı arxasına keçməsi ehtimalı müzakirə edilib. Görüşdə PSJ-ni klubun idman direktoru Leonardo və baş meneceri Jan-Klod Blan təmsil edib.

Klubun təklifi 2022-ci ilin yayından Z.Zidanın komandanın sükanı arxasına keçməsi olub.

Mənbə: Marca

Xəbər lenti