Xəzər Xəbər

DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq

İdman | 11:46 • 26 Noyabr 2021
DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

XəzərXəbər xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Pley-offa 12 komanda vəsiqə qazanıb. Onlardan 10-u seçmə mərhələdə ikinci yeri tutaraq, ikisi isə (Avstriya və Çexiya) UEFA Millətlər Liqasındakı çıxışları sayəsində bu mərhələyə adlayıb.

Komandalar seçmə mərhələdəki nəticələrinə görə 1-ci  və 2-ci səbətlərə bölünüb. Eyni səbətdən olan komandalar bir-birləri ilə qarşılaşa bilməzlər.

Səpələnmişlər

Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels

Səpələnməmişlər

Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya

Qeyd edək ki, püşkatma İctimai TV vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti