Xəzər Xəbər

Xavinin "Barselona"nı ilk oyuna çıxaracağı tarix açıqlandı

İdman | 15:30 • 29 Oktyabr 2021
Xavinin "Barselona"nı ilk oyuna çıxaracağı tarix açıqlandı

Qətər "Əl-Səddin"in baş məşqçisi Xavinin "Barselona"nı ilk matça çıxaracağı tarix açıqlanıb.

"Catalunya Ràdio" 41 yaşlı çalışdırıcının futbolçu kimi şərəfini qoruduğu İspaniya nəhəngini noyabrın 6-da ilk oyuna çıxaracağını bildirib. Həmin tarixdə "Barselona" İspaniya Primyerasının 13-cü turu çərçivəsində "Selta" ilə qarşılaşacaq.

Mənbə Xaviyə 6 köməkçi-məşqçinin yardım edəcəyini də vurğulayıb.

Xəbər lenti