Xəzər Xəbər

Simeone Kloppun əlini niyə sıxmadı? - Səbəbini özü açıqladı

İdman | 13:34 • 20 Oktyabr 2021
Simeone Kloppun əlini niyə sıxmadı? - Səbəbini özü açıqladı

Ötən gün Çempionlar Liqasının B qrupunda "Atletiko Madrid" öz meydanında "Liverpul"u qəbul edib və 2:3 hesabı ilə məğlub olub.

Oyundan sonra ispanların baş məşqçisi Diyeqo Simeone rəqibin çalışdırıcısı Yürgen Kloppun əlini sıxmayıb. 

"Marca"ya danışan mütəxəssis hərəkətinin səbəbini belə izah edib: "Mən heç vaxt oyundan sonra rəqib komandanın məşqçilərinin əlini sıxmıram. Bunun yaxşı hərəkət olduğunu düşünmürəm. Bu, mənim fikrimdir. Ona görə də bu mədəniyyəti göstərmirəm. Ancaq gələn dəfə Kloppu görəndə, yəqin ki, onun əlini sıxacam". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 3 noyabr tarixində Liverpul şəhərinin "Enfild" stadionunda keçiriləcək. 

Xatırladaq ki, 3 turdan sonra 9 xal toplayan "Liverpul" ilk pillədə qərarlaşıb. 4 xala sahib "Atletiko Madrid" isə ikinci sıradadır. /Fanat.Az 

Xəbər lenti