Xəzər Xəbər

"Barselona" Ansu Fati ilə anlaşdı?

İdman | 13:41 • 20 Oktyabr 2021
"Barselona" Ansu Fati ilə anlaşdı?

"Barselona" hücumçusu Ansu Fatini əldən buraxmaq niyyətində deyil. 

"Sport.es" xəbər verir ki, ötən gün futbolçunun meneceri Jorje Mendeş ilə klubun idman direktoru Mateu Alemani arasında görüş keçirilib. Onlar yeni müqavilənin şərtləri barədə anlaşma əldə ediblər. 

Məlumata görə, 18 yaşlı qvineya əsilli ispan futbolçu ilə yeni müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Onu almaq istəyən klub isə Kataloniya təmsilçisinə 1 milyard avro ödəməlidir. 

Qeyd edək ki, 2012-ci ildən "Barselona"nın əvəzedici heyətində oynayan Ansu Fati 2019-cu ildən əsas komandanın heyətinə çıxış edir. /Fanat.Az 

Xəbər lenti